Bu ilin yanvar-may aylarında Azərbaycana 25 808,74 min dollar dəyərində 14 683,44 ton ət idxal edilib.
Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 36,1%, həcm göstəricisi üzrə isə 35% azdır.
Cari ilin ilk beş ayında ölkəyə 4 773,10 min dollar dəyərində (azalma 39,3%) 3 203,71 ton (azalma 27,7%) süd idxal olunub.
Bununla yanaşı, ölkəyə 32 738,25 min dollar dəyərində 6 726,03 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,7% və 6,6% azdır.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 213,7 min ton ət, 874,7 min ton süd istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı isə 1,8% artıb.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?