Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə Bakıdakı mağazaların satıcıları məlumat verib.

Satıcılar bildirib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb. Bəzi siqaretlər isə 20 qəpik bahalaşıb.

Verilən məlumatlara əsasən, “Kent-4” 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, “Winston” 3.70-dən 3.80, "Pall Mall" 2.70-dən 2.80 qəpiyə qalxıb.