Amerika Milli Sağlamlıq İnstitutunun 25 milyon dollar ayırdığı tədqiqatın ilk nəticələri açıqlanıb. ABŞ-da 5 il əvvəl başlayan araşdırmada trilyonlarla bakteriya təsnif edilib. Əldə edilən yeni məlumatlar xərçəngin müalicəsinin təsirini artırmaq və qocalmanı gecikdirmək üçün istifadə ediləcək.
Foodinfo.az xəbər verir ki, sağlamolun.az bildirir ki, ABŞ-ın Kornell Universiteti, Kolumbiya Universiteti və Cekson Laboratoriyasının tədqiqatçılarının birgə apardığı “xroniki yorğunluq və bağırsaq mikrobiotası arasında əlaqəni sübut edən” araşdırmanın ilk nəticələri müsbət proqnozlar verir.
Cekson Laboratoriyasının Baş Müstəntiqi və İmmunologiya Mütəxəssisi Professor Derya Forgetz bildirib ki, bu araşdırma əslində xərçəng müalicələrinin effektivliyindən otoimmün xəstəliklərə, xroniki depressiyadan piylənmə və qocalmaya qədər bir çox sahədə geniş təsir edəcək. Bağırsaqlarımızda bizi sağlam saxlayan xeyirli bakteriyaların yaxın gələcəkdə dərman olaraq istehsal olunması nəzərdə tutulur.
Tədqiqat zamanı hər il müntəzəm olaraq xəstələrdən nəcis və qan nümunələri götürülüb. Nəcis nümunələrindəki bakteriyalar müxtəlif mərkəzlərdəki tədqiqatçılar tərəfindən ardıcıllıqla sıralanıb və trilyonlarla bakteriya bioinformatika adlanan süni intellekt sistemləri ilə təsnif edilib. Bu bakteriyaların mikrobiom analizləri də həyata keçirilib.
Mütəxəssislərin fikrincə, hazırda milyonlarla insan xroniki yorğunluq sindromundan əziyyət çəkir. Bu problemin yaranma səbəbi və diaqnozunu qoymaq çətindi. Həkimlər psixoloji və ya psixiatrik səbəbləri əsas gətirirlər. Amma nəzərə almaq lazımdır ki, bağırsağın florasının pozulması immuniteti də zəiflədir və yorğunluq yaranır.
Bu araşdırma nəticəsində müəyyən edilib ki, bu xəstələrin bağırsağındakı bakteriyaların əslində qüsuru var.Yəni yaxşı bakteriyaların sayı azalıb, pis bakteriyaların çoxalması müşahidə edilir. Biz də bunu maddələr mübadiləsi ilə əlaqələndirdik,bu o deməkdir ki, bakteriyalarda olan qüsur orqanizmdə müxtəlif metabolik problemlər yaradır. Mikrobiotadan ən çox təsirlənən mexanizm və ya orqan immunitet sistemidir. Bu, otoimmün xəstəliklərdən tutmuş xroniki ürək xəstəliklərinə qədər bir çox müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır.
Yaşlanmanın qarşısını almaq olarmı?
Qidaların bağırsaq mikrobiotası təsirinə diqqət çəkən professor qeyd edib ki, bəzi qidalar dərmandan daha təsirlidir. Əgər zərərli qidalar yeyirsinizsə, bağırsaqlarınızda zərərli bakteriyalar çoxalacaq. Bu baxımdan, insanlar mütləq qidalanmaya diqqət etməlidirlər. Oruc tutmaq da bu baxımdan çox faydalıdır. 16 saatlıq aclıq zamanı pis bakteriyalar yaşaya bilməz, amma yaxşı bakteriyalar daha uzun yaşayır. Yəni orqanizm bir növ təmizlənir.
Yaşlandıqca bağırsaqlarımızdakı bakteriyaların müxtəlifliyi dəyişir. Əslində bu bakteriyalar dəyişdiyi üçün biz daha tez qocalırıq. Buna görə də qidalanmaya xüsusi diqqət göstərməklə qocalmanı da ləngitmək olar.