ABŞ Prezidenti Co Bayden inflyasiya ilə mübarizədə irəliləyişə nail olduqlarını açıqlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat verib.
ABŞ lideri illik inflyasiyanın yazdan bu yana 30 faiz azaldığını bildirib.
“İnflyasiya ilə mübarizə bitməyib. Bugünkü məlumatlar aşağı işsizlik və davamlı böyümə zəminində illik inflyasiyanın yazdan bu yana təxminən 30 faiz azaldığını göstərir”, - deyə C. Bayden qeyd edib.