Bu yaxınlarda mütəxəssislər yapışmayan örtüklər üçün hansı məhsulların təhlükəsiz olduğunu və hansının olmadığı barədə araşdırma aparıb. Foodinfo.az aif.ru-a istinadla xəbər verir ki, belə qablar üçün örtüyü normadan artıq qızdıran hər hansı bir şeydən istifadə etmək tövsiyə edilmir.
Təcrübə göstərib ki, omlet, toyuq və bibərlə qarışdırılmış qızartma yapışmayan örtüklər üçün təhlükəsizdir, çünki onlar tavanı çox qızdırmır. Eyni zamanda, belə səthdə biftek və kotletləri qızartmaq, bişirmə müddəti daha uzun olduğundan və temperatur daha yüksək olduğundan kərə yağı və ya bitki yağı qızdırmaq məsləhət görülmür. Belə məhsullar üçün paslanmayan polad qablar uyğun gəlir.