Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (ETİ) mövzular planına uyğun olaraq 1 istiqamət, 2 problem üzrə aparılır
Foodinfo.az xəbər verir ki, 1 problem üzrə 4 mövzuya aid 22 elmi tədqiqat işi 22 mərhələdə yerinə yetirilir. İkinci problem üzrə isə 4 mövzuya dair 19 elmi-tədqiqat işi, 21 mərhələdə aparılır. Cəmi 8 mövzuya dair 41 elmi-tədqiqat işi yerinə yetirilir.
2022-ci il üçün planlaşdırılmış elmi tədqiqat işlərinin icrasında 74 nəfər elmi işçi, o cümlədən 11 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru iştirak edir.
Kadr hazırlığı ilə əlaqədar hal-hazırda institutda dissetant (6 nəfər) və doktorantlar (1 nəfər əyani, 1 nəfər qiyabi) cəmi 8 nəfər doktoranturada təhsil alaraq elmi-tədqiqat işləri aparırlar.