Arıqlayan zaman bəzi ədviyyatlara xüsusi diqqət yetirilməlidir. 

 Foodinfo.az xəbər verir ki, diyetoloq Anastasiya Kondaurova bu barədə ətraflı danışıb.

Onun sözlərinə görə, hil, zəncəfil, sarıkök, darçın, pul bibər (çili) və sarımsaq maddələr mübadiləsini sürətləndirir və bədənə daha çox yağ yandırmağa, nəticədə arıqlamağa kömək edir. 

Bununla yanaşı, sarıkök antioksidant və iltihab əleyhinə xüsusiyyətlərinə görə sağlamlığa müsbət təsir göstərir.

"Həmçinin, çili və qreypfrutun birləşməsini tövsiyə edə bilərəm. Çili maddələr mübadiləsini sürətləndirir, qreypfrut isə bədəndən artıq mayeni çıxaran meyvə turşularını ehtiva edir", - deyə Kondaurova bildirib.

Lakin qida rasionunu yeniləməzdən əvvəl həkimə müraciət etmək daha yaxşıdır. Bu, xüsusilə həzm sistemi və mədə-bağırsaq traktı ilə bağlı problemlər yaşayanlara aiddir.