Gündəlik həyatda istifadə etdiyimiz bir çox qida məhsulları var ki, onlar ayrılıqda faydalı olsalar belə, kombinasiyaları xüsusən mədəmiz üçün düşmənə çevrilə bilir.
Foodinfo.az xəbər verir ki, bu barədə “Milliyet” yazıb.
Süd və meyvə suyu
Gündəlik olaraq hər ikisindən istifadə mümkündür, ancaq bu məhsullardan eyni anda istifadə ciddi fəsadlara yol aça bilər. Bu cütlük mədədə yanma hissinə və köpə səbəb ola bilər.
Yemək və su
Yemək yeyərkən su içməyi vərdiş halına gətirmək tüpürcək ifrazı nisbətini azaldır. Məhsulların həzmini çətinləşdirən bu vərdiş sonradan kökəlməyə də səbəb olur.
Qatıq və meyvə
Nə qədər faydalı hesab olunsa da, bu iki məhsulu eyni anda istifadə etmək mədəmizi gücə sala bilər. Meyvə əvəzinə qatığı darçın, zəncəfil və ya balla yemək daha doğru seçimdir.
Zeytun yağı və badam
Bu iki məhsulun birlikdə istifadəsi həzm prosesini çətinləşdirir və mədədə ağrılara səbəb olur.
Toyuq və süd
Bu iki məhsulu birlikdə istifadə etdikdə orqanizmdə yaranan protein və kalsiyum artımı mədə problemlərinə səbəb ola bilər. Həmçinin südün tərkibindəki laktik turşusu da mədəmiz üçün zərərlidir.