Dietoloq İrina Pisareva 50 yaşdan yuxarı insanlara süd içməməyi tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, mütəxəssis “Veçernaya Moskva” nəşrinə müsahibəsində deyib ki, qocalıq dövründə süd zülalına qarşı dözümsüzlük, hətta insanın süd məhsullarına heç vaxt allergiyası olmasa belə, inkişaf edə bilər.
Mütəxəssisin qeyd etdiyi kimi, südün tərkibində bədəndə toplanan palmitik turşusu ateroskleroza səbəb ola bilər.
Pisareva 50 yaşdan yuxarı insanlara lazımi miqdarda kalsium əldə etmək üçün az miqdarda fermentləşdirilmiş süd məhsulları içməyi tövsiyə edib.
Fərid