Alimlər ölüm riskini yarıya endirən vitamini açıqlayıblar.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu vitaminin qanda kifayət qədər miqdarı ölüm riskini 57%-ə qədər azaldır.
ABŞ-dan olan bir qrup alim müəyyən ediblər ki, insanın orqanizmində yüksək miqdarda D vitaminin olması ömrü uzadır. Araşdırmalara görə, yüksək D vitamini səviyyəsi olan insanların hər hansı bir tibbi səbəbdən ölmə ehtimalı D vitamini çatışmazlığı olanlara nisbətən daha az görünür.
D vitamini çatışmazlığı beyin həcminin azalması və qocalıq demansının inkişafı səbəbindən insult riskinin artması ilə əlaqələndirilir