Badam yağı dəri sağlamlığı üçün çox faydalı bir təbii məhsuldur. Zəngin vitamin və mineral tərkibi ilə dərinin qidalanmasına və nəmləndirilməsinə kömək edir.

Foodinfo.az xəbər verir ki, quru dərilər üçün ideal olan bu yağ, dərini yumşaq və elastik saxlayır.

Badam yağı yüksək miqdarda vitamin E ehtiva edir. Vitamin E dərini sərbəst radikalların zərərindən qoruyur və yaşlanma əlamətlərini azaltmağa kömək edir.

Həmçinin dəri qıcıqlanmalarını və qızartıları azaltmağa yardımçı olur. Dərinin tonunu bərabərləşdirir və təbii bir parıltı qazandırır. 

Badam yağı kiçik yaraların və çatların sağalmasına da kömək edir. Onun təbii tərkibi dərinin yenilənməsini dəstəkləyir. Onu müntəzəm olaraq istifadə etməklə dərinizin sağlamlığını və gözəlliyini qoruyub saxlaya bilərsiniz.