Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigiyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib.
İyulun 7-də Xəzər rayonunun Türkan qəsəbəsində Ə.Hacıyev küçəsində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə Türkan Bələdiyyəsinin sədri B.Yarıyev barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Son xəbərlər
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır