“Coca-Cola” böyük ehtimalla Rusiyaya qayıdır.
Bu barədə “Vedomosti” nəşri məlumat verib.
“Rusiya bazarından “Coca-Cola”, “Sprite” və “Fanta” markalarını geri çağıran “Coca-Cola” şirkəti aprel ayında “Rospatent”ə eyniadlı əmtəə nişanlarının qeydiyyatı üçün üç ərizə verib”, – deyə “Vedomosti” “Rospatent”in məlumat bazasına istinadən yazır. Bu addım şirkətin Rusiya bazarına qayıtmaq planlarından xəbər verə bilər.
Ekspertlərin fikrincə, “The Coca-Cola Company” Rusiya Federasiyasına qayıda bilər, buna görə də əvvəlcədən markalarının hüquqi statusu ilə bağlı narahatçılıq keçirir.
“Coca-Cola” şirkəti Rusiya bazarını 2022-ci ilin mart ayında tərk edib.