Təbii və sağlam dəri üçün düzgün qidalanma əsas şərtdir. Foodinfo.az İHA-ya istinadla bildirir ki, bəzi məhsullar dərinin təravətli və elastik qalmasında mühüm rol oynayır. Qırmızı nar, kollagen istehsalını artıraraq dərini cavanlaşdırır. Yerkökü beta-karotinlə zəngindir və dərini günəş şüalarının təsirindən qoruyur.

Avokado E vitamini və sağlam yağ turşuları ilə dərinin nəmlənməsini təmin edir. Qarağat və böyürtkən antioksidantlarla zəngin olub dəridəki sərbəst radikallarla mübarizə aparır. Badam dərini qidalandıran təbii yağlar və E vitamini ilə zəngindir. Alma dərini nəmləndirərək təbii parlaqlıq bəxş edir.

Tərəvəz şirələri, xüsusilə ispanaq və çuğundur suyu dəri tonunu tənzimləyir. Təbii yoqurt dərini qidalandırır və sağlam flora balansını qoruyur. Bol su içmək isə dəri elastikliyini və parlaqlığını təmin edən ən təsirli üsuldur. Bu məhsullarla dəri daim sağlam və təmiz qalır.