Bir çox insan arıqlamaq istəyərkən kalorili qidaları tamamilə rasiondan çıxarır. Halbuki bu yanaşma həmişə doğru deyil. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bəzi yüksək kalorili məhsullar əksinə, sağlamlıq üçün faydalıdır və düzgün istifadə olunduqda çəkiyə nəzarətə kömək edə bilər.

Mütəxəssislərə görə, püstə kimi qoz-fındıq məhsulları antioksidantlarla zəngindir və “pis” xolesterinin azalmasına dəstək olur. Avokado isə faydalı yağlar və vitaminlərlə doludur, uzun müddət toxluq hissi yaradır. Yağsız ət məhsulları, xüsusilə keyfiyyətli steyk, orqanizmi zülal və dəmirlə təmin edir. Tünd şokolad (yüksək kakao tərkibli) isə qan dövranını yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.

Digər faydalı kalorili məhsullar arasında çia toxumları, kokos yağı, kinoa və şəkərsiz quru meyvələr də yer alır. Bu qidalar lif, sağlam yağlar və vacib mikroelementlərlə zəngindir. Əsas şərt porsiyaya nəzarət etmək və bu məhsulları balanslı şəkildə gündəlik rasiona daxil etməkdir. Bu yanaşma həm sağlamlığı qorumağa, həm də artıq çəkidən uzaq durmağa kömək edir.