Uzun müddət saxlanılan balın rənginin tündləşməsi bir çox istehlakçını narahat edir. Bu hal əksər hallarda təhlükə siqnalı deyil və təbii proseslərlə bağlıdır.

Foodinfo.az xəbər verir ki, bal zaman keçdikcə oksidləşmə və tərkibindəki təbii maddələrin dəyişməsi nəticəsində rəngini dəyişə bilər. Xüsusilə günəş işığına məruz qalma və yüksək temperatur bu prosesi sürətləndirir.

Balın qaralması onun xarab olması demək deyil. Əgər məhsulun qoxusu və dadı normaldırsa, eləcə də üzərində küf və ya köpük əmələ gəlməyibsə, belə balın istifadəsi adətən təhlükəsiz hesab olunur.

Bununla yanaşı, bəzi hallarda ehtiyatlı olmağı tövsiyə edilir. Belə ki, balda turş qoxu, fermentasiya əlamətləri və ya küf müşahidə olunarsa, həmin məhsulun istifadəsindən imtina edilməlidir.

Balın keyfiyyətini daha uzun müddət qorumaq üçün onun sərin, qaranlıq mühitdə və qapağı möhkəm bağlı qabda saxlanılmasını məsləhət görülür.

Sonda vurğulayaq ki, düzgün saxlanılan bal uzun müddət istifadə oluna bilər və rənginin tündləşməsi əksər hallarda onun təhlükəli olması anlamına gəlmir.