Gecə yarısı oyanmaq və yenidən yuxuya gedə bilməmək bir çox insanın qarşılaşdığı problemdir. Foodinfo.az xəbər verir ki, həkim Maykl Breus bu vəziyyətdə tez yuxuya qayıtmaq üçün iki sadə və təsirli üsul tövsiyə edir.
Birinci üsul “4-7-8” nəfəs texnikasıdır. Bu metod zamanı 4 saniyə burunla nəfəs alınır, 7 saniyə saxlanılır və 8 saniyə ağızla yavaş şəkildə verilir. Bu ritm sinir sistemini sakitləşdirir, ürək döyüntüsünü azaldır və orqanizmi rahatlama vəziyyətinə keçirir.
İkinci üsul isə mərhələli əzələ relaksasiyasıdır. Bu zaman bədənin müxtəlif əzələ qrupları növbə ilə 5 saniyə gərilir və sonra boşaldılır. Ayaqlardan başlayaraq yuxarı doğru davam etmək tövsiyə olunur. Bu texnika stress və gərginliyi azaltmağa kömək edir. Mütəxəssis bildirir ki, hər iki üsulu ardıcıl tətbiq etdikdə yuxuya qayıtmaq daha asan olur.






