Alimlər müəyyən ediblər ki, əlin barmaqlarının uzunluğu insanın fiziki imkanları barədə müəyyən ipucları verə bilər. Xüsusilə şəhadət və adsız barmaqların nisbəti dözümlülüklə əlaqələndirilir.

Foodinfo.az beynəlxalq araşdırmalara istinadla xəbər verir ki, 12 ölkədən 5000 nəfərin məlumatları təhlil olunub və maraqlı qanunauyğunluq aşkar edilib. Belə ki, adsız barmağı şəhadət barmağından daha uzun olan insanlar uzunmüddətli fiziki yüklənmələrə daha davamlı olurlar.

Mütəxəssislər bildirir ki, bu cür insanlar intensiv məşqlərə daha yaxşı dözür və qaçış, velosiped idmanı və xizək yarışları kimi dözümlülük tələb edən sahələrdə daha uğurlu nəticələr əldə edə bilirlər.

Araşdırmaya görə, bu əlaqə hələ ana bətnində formalaşır. Belə ki, yüksək səviyyədə testosteron hormonu ürək-damar sistemi və əzələ toxumasının inkişafına təsir edir. Nəticədə isə insanın gələcəkdə fiziki yüklənmələrə uyğunlaşma qabiliyyəti formalaşır.

Alimlər qeyd edirlər ki, bu göstərici idman potensialını qiymətləndirmək üçün yeganə meyar deyil, lakin insanın təbii meylləri haqqında əlavə məlumat verə bilər.