Evinizi təmizləyərkən döşəmələri silmək çox vacibdir. İndiki vaxtda döşəmələri səth təmizləyiciləri ilə silmək o qədər asan olduğundan hamı bu üsula üstünlük verir. Ancaq səth təmizləyicilərindən başqa evi daha yaxşı bir üsulla silə bilərsiniz.
Foodinfo.az xəbər verir ki, döşəmələri təmizləmək üçün istifadə etdiyiniz təmizlik suyuna bəzi əlavələr edərək təmizliyinizi daha da effektli edə bilərsiniz. Döşəmələrin təmiz və gigiyenik qoxusunu istəyirsinizsə, o zaman suya bir neçə şey əlavə etmək kifayətdir. Həftədə bir dəfə təmizləyici suya bir qədər xlor əlavə edə bilərsiniz. Bu qoxunun məni çox narahat etdiyini desəniz, içinə 1 çay qaşığı soda əlavə etmək kifayət edər.
1- Sirkə - Sabun
Həm otaq istiliyini saxlamaq, həm də gözəl görünüşə sahib olmaq baxımından üstünlük verilən parketlər təmizləyici maddələr yerinə sirkə və ərəb sabunu ilə də cilalana bilir. Bu addım canlılığını və parıltısını itirmiş döşəmələrə əvvəlki parıltını qaytaracaq.
Təmizləmə prosesi üçün hazırladığınız suya ərəb sabunu və ya sirkə əlavə edin. Bütün silmə prosesini bu su ilə edin.
2- Sirkə - Zeytun yağı
Parket təmizliyinizdə təbii üsullara müraciət etmək istəsəniz, zeytun yağını sınaya bilərsiniz. Bununla belə, parketi zeytun yağı ilə cilalayarkən diqqətli olmaq lazımdır. Lazım olduğundan daha çox yağ istifadə etmək döşəməni sürüşkən edəcəkdir.
* Pambığın üzərinə çox az miqdarda zeytun yağı tökün.
* Yağa bulaşdırılmış pambıqla döşəməni sürtməyə başlayın.
*Bir müddət sonra yerlərin əvvəlki kimi canlı göründüyünə şahid olacaqsınız.
1- Parket və taxta səthləri tozsoran vasitəsi ilə təmizləyərkən mütləq taxta səthlər üçün tozsoranınızın fırça başlığını istifadə edin. Əks halda, cazibə qüvvəsi güclü olacaq və başlıq parketləri cızacaq.
2- Parket və taxta səthlərin təmizlənməsi üçün pambıq parçalara üstünlük verin. Pambıq parçalar belə səthlərin cızılmasının və zədələnməsinin qarşısını alır.
3- Təmizləyici parçanı yaxşıca sıxdıqdan sonra səthləri təmizləyin. Nəm səthlərdə zamanla şişlik və pis qoxu yarana bilər.