Acı bibərlər yalnız yeməklərə ləzzət qatmaq üçün deyil, həm də cəsarət sınağı kimi tanınır. Foodinfo.az bildirir ki, dünyanın ən acı bibərləri Scoville istilik vahidi (SHU) ilə ölçülür. Budur, ən acı bibərlərdən bəziləri:
Carolina Reaper
İstiliyi: 2,2 milyon SHU-ya qədər. Dünyanın ən acı bibəri olaraq Ginnes Rekordlar Kitabına daxil edilib. Şirin və meyvə ətirli olsa da, yandırıcı təsiri uzun müddət davam edir.
Trinidad Moruga Scorpion
İstiliyi: 2 milyon SHU.
Qarışıq şirin və acı dadı var. Hətta bir toxunuşu belə dilinizi yandıra bilər.
Ghost Pepper (Bhut Jolokia)
İstiliyi: 1 milyon SHU.
Hindistan mənşəli olan bu bibər, bir vaxtlar dünyanın ən acı bibəri olaraq tanınırdı. Hərbi məqsədlər üçün belə istifadə olunub.
7 Pot Douglah
İstiliyi: 1,8 milyon SHU.
Çox yandırıcı təsiri ilə yanaşı, şokolad rəngi ilə də diqqət çəkir.
Acı bibərlər həm yeməklərə xüsusi dad qatmaq, həm də sağlamlıq baxımından faydalıdır. Ancaq bu bibərləri dadarkən ehtiyatlı olun, çünki təsiri gözlədiyinizdən daha ağır ola bilər.