Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gaziantep və Kilis bölgəsində yenidənqurma işləri ilə tanış olub.

Foodinfo.az xəbər verir ki, Türkiyə lideri burada yeni evlərin təməlqoyma mərasimində iştirak edib. 

Türkiyə liderinin sözlərinə görə, indiyə qədər zəlzələ bölgəsində 67 mindən çox mənzilin tikintisinə başlanılıb. Bir il ərzində isə bu sayın 319 minə çatdırılması hədəflənir. Üstəlik ümumilikdə tikilməsi planlaşdırılan mənzillərin sayı da 650 mindir. Tikilən evlən zəlzələdə evlərini itirmiş vətəndaşlara təqdim olunacaq.