Elektrosamokatları icarəyə verən "Whoosh" şirkəti samokatlar üçün neyrointerfeysi sınaqdan keçirib. 

 Foodinfo.az xəbər verir ki, bu neyrointerfeys düşüncə gücü ilə sürətləndirməyə və yavaşlamağa imkan verir.

Belə ki, bu unikal təcrübə "Whoosh" və Rusiyanın "Neiry" biotexnoloji laboratoriyası tərəfindən dünyada ilk dəfə olaraq keçirlib. 

Yeni samokatı sürərkən əldən istifadə etmədən hərəkət sürətini tənzimləmək olur - proses beyin fəaliyyətinin təhlili sayəsində həyata keçirilir.

Maraqlıdır ki, bu, pilot layihədir və hazırda "Whoosh" sözügedən funksiyanı kütləvi şəkildə tətbiq etməyi planlaşdırmır.

Qeyd etmək lazımdır ki, sınaq zamanı samokatın sürəti sürücünün konsentrasiya səviyyəsindən asılı olaraq dəyişib. İstifadəçi diqqətini cəmlədikdə, samokat, xüsusilə maneəsiz düz yolda, sürətlənib. Konsentrasiya azaldıqda isə sürət də avtomatik olaraq azalıb. Beləliklə, tərtibatçılar samokatın sürətini "fikir gücü" ilə idarə etməyə nail olublar.