Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb.
Foodinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək,10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək.
Buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Danimarka-Çexiya 1/4 final oyununun keçirilməsidir.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər