Bıçaqların kütləşməsi mətbəxdə qarşılaşılan əsas problemlərdən biridir. Bəzi qidalar bıçağın iti qalmasına mane olaraq onun kütləşməsinə səbəb olur. 

Foodinfo.az bıçaqları kütləşdirən bəzi qidaları təqdim edir:

1. Sitrus Meyvələri

Limon, portağal və qreypfrut kimi sitrus meyvələri yüksək turşu tərkibi ilə bıçaqların kütləşməsinə səbəb ola bilər. Turşu bıçağının metal hissəsi ilə reaksiyaya girərək onun korroziyasına səbəb olur.

Turşu tərkibli qidaları kəsdikdən sonra bıçağı dərhal yumaq onun kütləşməsinin qarşısını almağa kömək edə bilər.

2. Pomidor

Pomidor da turşulu bir qidadır və bıçağın kütləşməsinə təsir edə bilər. 

3. Tərkibində Lif Olan Qidalar

Kərəviz, turp və digər lifli tərəvəzlər bıçaqların kütləşməsinə səbəb ola bilər. Bu tərəvəzlərin lifli strukturu bıçağı yavaş-yavaş aşındırır.

4. Dondurulmuş Qidalar

Dondurulmuş qidaları kəsmək bıçağın iti qalmasına mane olur və onun tez kütləşməsinə səbəb olur. 

Dondurulmuş qidaları kəsmək üçün xüsusi bıçaq istifadə etmək digər bıçaqların kütləşməsinin qarşısını alır.