Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində budəfəki “Peşəkarlarla görüş” saatında “Kəsim məntəqələrində tullantıların idarə edilməsi” mövzusu müzakirə olunub.
Foodinfo.az-ın xəbərinə görə, videobağlantı formatında keçirilən görüşdə iştirakçılara tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, tullantıların təsnifatı, kəsim məntəqələrində tullantı növləri, təhlükəli tullantılar, tullantıların yığılması və rasional idarə edilməsi haqqında geniş məlumatlar verilib. İclasda o cümlədən, tullantıların düzgün şəkildə dəyərləndirilərsə və idarə olunarsa , həm xammal kimi qiymətləndirilib iqtisadi inkişafa səbəb olacağı , həm də ətraf təbii mühiti tullantının yaratdığı ekoloji qəzalardan qismən də olsa qoruyacağı iştirakçıların diqqətinə çatdırılıb, eləcə də təhlükəli tullantıların zərərsizləşdirilmə üsulları, onların üstünlükləri və çatışmamazlıqları haqqında müzakirələr aparılıb.
Qeyd edilib ki, SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Sonda kəsim məntəqələrinin sahibkarlarını maraqlandıran suallar AQTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılıb.
[gallery ids="38889,38890"]
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır