Hindistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı kəskin artıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Son 48 saatda Hindistan ərazisində 6 mindən çox yeni yoluxma halı qeydə alınıb.
Bu isə ilin əvvəlindəki göstəriciləri təxminən 10 dəfə üstələyir.
Bu mənfi tendensiya ölkə rəsmiləri və əhali tərəfindən də narahatlıqla qarşılanır. Belə ki, insanlar koronavirus məhdudiyyətlərinin qayıda biləcəyindən narahatdırlar.