İnfarkt fərqli yaş kateqoriyalarında ortaya çıxa biləcək ən təhlükəli xəstəliklər arasında yer alır.
Foodinfo.az xəbər verir ki, “Milliyet” infarktın əlamətləri barədə məqalə hazırlayıb.
Xüsusən sinə nahiyəsində anidən yaranan ağrı hissi infakt əlaməti ola bilər. Belə vəziyyətdə erkən müdaxilə çox önəmlidir. Bu müdaxilə ürək əzələlərinin zərər görməməsinə də yardım edə bilər. Qeyri-sağlam qidalanma, hərəkətsizlik, artıq çəki və diabet infarkta səbəb olan amillər sırasında yer alır.
İnfakt riskini artıran amillər bunlardır:
Siqaret çəkmək, yüksək qan təzyiqi, diabet xəstəliyi, artıq çəki, qan yağının yüksək səviyyədə olması.
Bu və ya digər risk amillərini miminuma endirmək üçün sağlam həyat tərzi başlıca şərtdir.
Leyla