İngiltərədə mənzil qiymətləri mart ayında kəskin ucuzlaşıb.

Foodinfo.azun xəbərinə görə, bu barədə xarici mətbuat yazır.

Belə ki, hazırda ölkədə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz enib. Bu göstərici 2009-cu ilin iyunundan bu yana mənzil qiymətlərindəki ən kəskin eniş olub.

Qeyd edək ki, bu amil həm də ölkədə mənzil kreditlərinin faizinin yüksəlməsi ilə də müşahidə olunur.