Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, müntəzəm olaraq idman edən və formada qalan yaşlı insanların beyinləri gənclərin beyinlərinə bənzəyir. Bu, intensiv məşqləri sevənlərə aiddir.
Foodinfo.az bildirir ki, yaş koqnitiv sağlamlığın, yəni beyin sağlamlığının göstəricilərindən biridir.
Fiziki məşqlərin köməyi ilə beynin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Yaxşı fiziki hazırlığa malik yaşlıların beyin aktivasiyası modeli mürəkkəb zehni tapşırıqları yerinə yetirən gənc insanlara xas olan modeli xatırladır.
Tədqiqatda ümumilikdə 52 nəfər iştirak edib. Onların arasında yalnız yaşlılar (orta yaş - 73) deyil, həm də gənclər (orta yaş - 26) olub. Təcrübə zamanı onlar koqnitiv nəzarətin bir neçə növünü əhatə edən tapşırıqları yerinə yetiriblər.
Tədqiqatın nəticələri göstərib ki, orta və ağır fiziki fəaliyyətdən ibarət həyat tərzi yaşlılarda beyin sağlamlığını, xüsusilə, prefrontal korteksdəki aktivliyi qorumağa kömək edir.
Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm məşq edən yaşlı insanlarda yüksək kardiorespirator əmək qabiliyyəti yaşla koqnitiv funksiyaların zəifləməsini kompensasiya edir.
Qeyd edək ki, yüksək intensivliyə malik məşqlər dedikdə nəbzi və ağciyər həcmini artıran fiziki fəaliyyət nəzərdə tutulur.