Çində "iPhone 15 Pro" istifadəçiləri cihazın həddindən artıq qızması problemilə üzləşiblər.
Foodinfo.az xəbər verir ki, onlardan bəziləri hətta smartfondan istifadə edərkən yanıq xəsarətləri aldıqlarını bildiriblər.
Yerli mənbələrin məlumatına görə, "iPhone 15" modeli satışa çıxarılmazdan əvvəl də sınaq üzrə mütəxəssislər onun yeni "A17 Pro" çipinə görə qızdığını qeyd etmişdilər.
Yeni məhsulun bir çox sahibləri əllərində və ayaqlarında yanıq izlərini göstərərək sosial şəbəkələrdə və qısa video platformalarında təcrübələrini bölüşüblər.
Qeyd edək ki, "Apple" şirkəti "iPhone 15"in həddindən artıq qızması problemini etiraf edib. Üstəlik, şirkət yeni "iPhone"lardan istifadə zamanı bu narahatlığı aradan qaldırmaq üçün nəzərdə tutulmuş "iOS 17"nin ən son versiyasını artıq istifadəyə verib.
Fərid