İraqda baş verən qum fırtınası bir çox fəsadlar törədib.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-də qeyd olunub.
Belə ki, fırtına nəticəsində 500-dən çox boğulma halı müşahidə olunub.
“Bağdadın və əyalətlərin tibb müəssisələrinə 515 xəstə daxil olub. Onlarda müxtəlif dərəcəli boğulma halları qeydə alınıb”, - deyə İraq Səhiyyə nazirliyindən bildirilib.
Xəstəxanalara müraciət edən şəxslərə tibbi yardım göstərilib, onların demək olar ki, hamısı evə buraxılıb.