Rusiyanın Seçenov Universiteti və Vyananın Tibb Universitetinin alimləri itlərə olan allergiyaya qarşı peyvəndin yaradılması üzərində işləyirlər.
Foodinfo.az xəbər verir ki, itə qarşı allergiya dünyada təxminən 150 milyon insanda rast gəlinən ümumi bir problemdir.
Sözügedən layihə bu allergiyadan əziyyət çəkənlərin həyatını asanlaşdıracaq dərmanlar yaratmaq məqsədi daşıyır.
Peyvəndin toksikoloji və klinik sınaqları, eləcə də qeydiyyat işləri 2023-2024-cü illərə planlaşdırılır.
Daha öncə tədqiqatçılar pişiklərə olan allergiyaya qarşı "SuperCat" peyvəndini hazırlayıblar. Bu peyvənd dünya bazarında mövcud analoqlardan daha effektiv olub. Yüksək effektivliyini və təhlükəsizliyini göstərən uğurlu preklinik sınaqlardan sonra peyvənd klinik sınaqlara hazırdır.