Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis tələb olunur. Foodinfo.az vakansiya barəsində məlumatı təqdim edir:
İş yeri: Logistika və Distribusiya Mərkəzi
Hesabat verir: Qida keyfiyyətinə nəzarət
Vəzifə öhdəlikləri:
- Distribusiya mərkəzinə daxil olan təzə meyvə, tərəvəz və digər qida məhsullarının keyfiyyətinə nəzarət etmək;
- Uyğunsuzluqlar olduqda əlaqəli şöbələri məlumatlandırmaq;
- Məhsulların keyfiyyəti və qida təhlükəsizliyi məsələləri ilə bağlı müntəzəm olaraq saxlama sahəsini yoxlamaq;
- Şikayətlər olduqda paylama mərkəzində məhsulları araşdırmaq;
- Təchizatçının qiymətləndirməsi üçün təchizatçı ilə bağlı bütün uyğunsuzluqları məsul şəxsə bildirmək
- Bütün yoxlama nəticələrini günlük qəbul formlarında qeyd etmək;
- Şöbə müdirinin tapşırığı ilə digər vəzifələri icra etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- Meyvə-tərəvəz satışı və ya yoxlanışı üzrə 6 ay iş təcrübəsi;
- Azərbaycan dili üzrə səlist biliklər
- Microsoft Excel və Outlook proqramlarından istifadə etmə bacarığı
- Son möhlət tarixləri ilə işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- Yeni şəraitlərə uyğunlaşma qabiliyyəti
- Tələb olunan tapşırıqlarda keyfiyyət və etibarlılığa diqqət yetirmək
- Pərakəndə satış sahəsində təcrübə üstünlükdür.
Bacarıqlar:
- Müştəri yönümlülük
- Effektiv ünsiyyət qurmaq
- Stres tolerantlığı
- Detallara diqqətli olmaq
- Analitik düşüncə bacarığı
- Hesabatlılıq
- Address172, H.Aliyev ave. Baku, AZ 1029, Azerbaijan
- Phone number(012) 404 13 16 / 32
- Websitehttps://www.bravosupermarket.az