Pankreatitin kəskin formasından əziyyət çəkməmək üçün mütəxəssislər bəzi qidalardan imtina etməyi məsləhət görürlər.
Foodinfo.az report-a istinadən verdiyi məlumata görə, “Botkin” xəstəxanasının şöbəs müdiri Andrey Kolotilşikov bildirib ki, insan nə çox yeməməli, nə də özünü ac saxlamamalıdır.
Mədəaltı vəziyə ən böyük zərəri qazlı içkilər, alkoqol və yağlı qidalar vurur. Həm də bu orqanın sağlamlığına yeyilən qidaların və qəbul edilən içkilərin miqdarı da təsir göstərir.
Həkim deyib ki, yağı az olan qidalara üstünlük vermək daha yaxşıdır. Onun sözlərinə görə, toyuq, hinduşka və ya balıq mədəaltı vəzin işini yaxşılaşdırır.