Meditasiya insanın həm psixoloji, həm də fiziki vəziyyətinə müsbət təsir göstərir. 

 Foodinfo.az xəbər verir ki, bunun insan sağlamlığı ilə əlaqəsi barədə klinik psixoloq və hipno-praktik Mariya Manina danışıb.

O vurğulayıb ki, meditasiya insanın diqqətini və şüurunu nəfəs, səslər və ya zehni görüntülər kimi konkret obyektə yönəltdiyi bir təcrübədir.

“Elmi araşdırmalar meditasiyanın insanın həm psixoloji, həm də fiziki vəziyyətinə müsbət təsir etdiyini təsdiqləyir. Bu, stress və narahatlıq səviyyələrini azaltmağa, diqqəti yaxşılaşdırmağa, koqnitiv funksiyaları yüksəltməyə və empatiya hissini inkişaf etdirməyə kömək edir. 

Bu təcrübə fiziologiyaya necə təsir edir? Məsələ burasındadır ki, psixo-emosional vəziyyətiniz birbaşa bədənlə bağlıdır, buna görə də stresdən qurtulmaq qan təzyiqini aşağı salmağa, immun sistemini və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir", - deyə Manina izah edib.