Sinə ağrısı təkcə ürək problemlərinin deyil, bir çox başqa xəstəliklərin də əlaməti ola bilər.
Foodinfo.az xəbər verir ki, Invitro klinikasının kardioloqu Anna Çuqunnikova qabırğaarası nevralogiya və ürək ağrısını necə qarışdırmamağı izah edib.
İnterkostal nevralogiya bir və ya bir neçə qabırğaarası sinirin strukturunda və funksiyasında dəyişikliklər nəticəsində yarana bilər. Bir qayda olaraq, interkostal boşluqlar boyunca sinə ağrısı şəklində özünü göstərir.
Sinə nahiyəsində diskomfort və ya ağrı yarandıqda ağrının haradan qaynaqlandığını, xarakterini (bıçaqlama, sıxma), müddəti və harada “verdiyini” (şüalandırdığını), həmçinin təhrikedici amillərin olub-olmadığını müəyyən etmək lazımdır. Bəzi hallarda əlavə simptomlar meydana gələ bilər (nəfəs darlığı, baş ağrısı və s.).
Bu ağrı adətən ağır stress və ya fiziki fəaliyyətdən sonra baş verir və tez yox olur.
Nurlan