İmmunitet sistemimizi güclü saxlamaq ümumi sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Çünki güclü immunitetə malik olmaq orqanizmin mümkün xəstəliklərə qarşı müdafiə qabiliyyəti ilə bağlıdır. İmmuniteti gücləndirən bəzi qidalar var. Bu kiçik şəfa mənbəyini həm xam, həm qurudulmuş, həm də meyvə suyu şəklində istehlak edə bilərsiniz. Onu sous və ya jele şəklində də istehlak etmək olar. 

 Foodinfo.az xəbər verir ki, zoğal həm şirin, həm də acı dadı olan meyvədir. O, bədənimiz üçün şəfa saxlayan ən dadlı qırmızı meyvələrdəndir. Kiçik olmasına baxmayaraq, çox güclü faydaları olan bir meyvədir. Zoğalın tərkibində çoxlu A, C və E vitaminləri var. Bundan əlavə, güclü antioksidantlara malik zoğal hüceyrə zədələnməsinin qarşısını alır. Eyni zamanda tərkibində C vitamini olduğu üçün immunitet sistemini gücləndirir və orqanizmimizin xəstəliklərə qarşı müqavimətini təmin edir. Beləliklə, soyuqdəymə və digər yoluxucu xəstəliklərdən qoruyur.

Tərkibində bol lif olan zoğal həzm sistemini gücləndirir və onun sağlam fəaliyyətinə töhfə verir. 

Həm də qəbizlik kimi həzm sistemi problemlərinin qarşısını alır.

 Zoğal həm də antioksidant ehtiva etdiyi üçün xərçəng riskini minimuma endirən möcüzəvi meyvədir.