“Oskar” mükafatçısı yazar və rejissor Sara Polleyin 11 yaşlı oğlu Gülüş Günündə anası ilə zarafat edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Belə ki, həmin gün evə “Oskar” təşkilatçıları”ndan məktub daxil olub.
“Bunu söylədiyimiz üçün çox məyusuq, ancaq “Oskar”ın sizə səhvən verildiyini müəyyən etdik. Xahiş edirik onu geri göndərin”, - deyə məktubda qeyd olunub.
Anasına “sürpriz” edən 11 yaşlı oğlu aprelin 1-də göndərdiyi məktubda həmçinin “Oskar”ın S.Polleydə ən çoxu bir həftə qala biləcəyini vurğulayıb.
Nurlan