Paris Avropada meydana gələn bir çox qəzalardan sonra elektrikli skuterləri qadağan edib.
Foodinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.
Şəhərdə keçirilən səsvermədə insanların 90 faizi skuterlərin qadağan edilməsini dəstəkləyib. Ancaq səsvermədə səs hüququ olanların 8 faizi iştirak edib. Ümumilikdə 1,38 milyon nəfərdən 103 mindən çoxu səs verib.
Qeyd edək ki, Paris elektrikli skuterləri qadağan edən ilk şəhər olub.
Fərid