Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb, su quyuları qəsdən çirkləndirilib və ya torpaqla doldurulub.
Foodinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova deyib.
Onun sözlərnə görə, Qarabağ su ehtiyatlarının (xüsusən yeraltı suların) böyük potensialı ilə də fərqlənib.
İ.Hüseynova qeyd edib ki, Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında qalıb.
Akademik hesab edir ki, regionda böyük potensiala malik olan yeraltı sular elmi cəhətdən düzgün istifadə edilərsə, yüksək səmərə verə bilər:
"Hesablamalara görə, işğaldan azad olmuş ərazilərdə kəhrizlər vasitəsi ilə 58-60 mln. kubmetr su əldə etmək mümkündür. Tək Cəbrayıl rayonu ərazisində olan 111 kəhrizin il ərzində verdiyi suyun həcmi 34,7 mln. kubmetrə bərabərdir".
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir