Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə piyin toplanmasına və iltihaba səbəb olur. Qaraciyərin piylənməsi çox təhlükəli haldır ki, onun fonunda müxtəlif qaraciyər xəstəlikləri və o cümlədən sirroz, qaraciyər xərçəngi inkişaf edə bilər. Qaraciyərin sağlamlığını qorumaq üçün qidalanmaya bu orqanda detoksikasiya və bərpa proseslərini stimullaşdıran məhsulları əlavə etmək lazımdır. Foodinfo.az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı diyetoloq İrina Toropıqina belə məhsulların adlarını açıqlayıb. Balqabaq tumları qaraciyərin ziyanlı maddələrdən daha tez təmizlənməsinə yardım edir və həmçinin yaxşı ödqovucu təsirə malikdir. Diyetoloq hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edir. Qaraciyər üçün digər faydalı məhsul ərik qurusudur. Ərik qurusu da qaraciyərin sağlamlığına çox müsbət təsir edir, detoksikasiya proseslərini stimullaşdırır. Həkim hər gün 4-5 ərik qurusunu yeməyi tövsiyə edir. Zeytun yağı güclü iltihabəleyhinə təsirə malik olan omeqa-3 yağlı turşularla zəngindir. Zeytun yağı əlavə olunmuş tərəvəz salatları qaraciyər üçün ən faydalı qidalardan biridir. Belə salatlar hər gün qidalanmanızda olmalıdır.