Son günlərdə keçirilən toylar zamanı karantin qaydalarını pozan şadlıq sarayı rəhbərləri və toy sahibləri cərimələnib.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayonu ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, Goradil kəndi ərazisində fəaliyyət göstərən “Yelkən" və Masazır qəsəbəsindəki "Brilliant" şadlıq saraylarında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə bağlı "Yelkən" şadlıq evinin icarədarı Kamil İsgəndərov 4000 manat məbləğində cərimə edilib.Yoxlamalar zamanı "Brilliant" şadlıq evinin administratorları Ərəstun Əliyev və Tofiq Rəcəbovun isə COVİD-19 parportlarının olmadığı və bu qayda pozuntularına baxmayaraq fəaliyyət göstərdikləri müəyyən edilib.
Bu şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər. Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimələniblər.
İmişli rayonunda "Kral" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4000 manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.
Kürdəmir rayonunda toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.
Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.
Salyan rayonunun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir