Qeyri-sağlam qidalanma, hərəkətsizlik, yağlanma, yuxusuzluq və stress son illərdə uşaqlar arasında da ürək xəstəliklərinin yaranmasın gətirib çıxarıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də araşdırma təqdim olunub.
Türkiyəli kardioloq Sinem Altunyuva Ustanın sözlərinə görə, dünya miqyasında 5-17 yaş aralığında uşaqların 20-25 faizi artıq çəkidən əziyyət çəkir. Bu problem isə sonradan ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
Həkim qeyd edib ki, emal olunmuş qidalardan uşaqları mümkün qədər uzaq tutmaq gərəkdir. Həmçinin zülalla zəngin qidaları da azaltmaq lazımdır. Qızartma məhsullardan istifadə etməmək lazımdır. Doymuş yağ turşuları olan məhsulların qəbulu da uşaqlarda köklüyə gətirib çıxarır.
Daha bir vacib məsələ isə duzdan istifadədir. ÜST-ün tövsiyələrinə əsasən gündəlik duz istifadəsi limiti 2 qramdır.
Bütün bunlardan uzaq durmaq və sağlam qidalanmaqla uşaqların ürək-damar sisteminin sağlamlığını qorumaq mümkündür.
Fərid