Vyetnamda öldürülən qara pişiklərin ətini koronavirusun çarəsi hesab edirlər. Foodinfo.az Oxu.az-a istinadən məlumat verir ki, pişiklərin ətini bişirib ondan dərman hazırlanması iddia edilir. “The No To Dog Meat” (İt Ətinə Yox) cəmiyyəti bu barədə açıqlama verərək, məlumatı təsdiqləyib. İt və pişik əti ticarətinə qarşı mübarizə aparan cəmiyyətlər ölkədə qara pişiklərin öldürüldüyünü, dərilərinin soyulduğunu, günəş altında qurudulduqdan sonra qaynadıldığını bildiriblər. Əldə edilən məhlulun koronavirusu müalicə etdiyinə inananlar onu dərman kimi qəbul edirlər. Məhlulun internet vasitəsilə satıldığı da iddia olunur.
Qeyd edək ki, koronavirusa 268 yoluxma faktı aşkarlanmış Vyetnamda virusdan ölüm qeydə alınmayıb.