Bir neçə ildir ölkədə dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi aparılır.
Foodinfo.az xəbər verir ki, qiymətləndirmənin aparılmasının məqsədləri aşağıdakılardır:
Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı cari vəziyyətin və görülən işlərin öyrənilməsi;
Elektron xidmətlərin göstərilməsinin, informasiya ehtiyatlarının və sistemlərinin aparılmasının Azərbaycanın müvafiq normativ hüquqi aktlarına, o cümlədən təsdiq olunmuş layihələrə, texniki reqlamentlərə və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi;
elektron xidmətlərdən, informasiya ehtiyatlarından və sistemlərindən səmərəli və effektiv istifadə imkanlarının artırılması;
elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması;
elektron xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərilməsi;
dövlət qurumlarının informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Elektron Hökumət İnformasiya Sisteminə qoşulma prosesinin sürətləndirilməsinə nəzarət edilməsi;
dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması;
bu sahədə modern və çevik idarəetmənin təmini imkanlarının araşdırılması.
Mehdi