Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Quş qripi xəstəliyinin elmi risk qiymətləndirilməsi” layihəsi hazırlanıb. Agentlikdən Foodinfo.az-a bildirilib ki, layihə respublikada yüksək patogenli və aşağı patogenli quş qripi (YPQQ və APQQ) xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanıb.
Bildiyimiz kimi quş qripi (avian influenza) - ev quşlarının və vəhşi quşların, eləcə də insanların və heyvanların həssas olduğu yoluxucu virus xəstəliyidir. Virusun spesifik bioloji xüsusiyyətlərə və yüksək mutagenliyə malik olması xəstəliyi hər zaman aktual edir. Quş qripi xəstəliyinin törədicisi Orthomyxoviridae ailəsinə, İnfluenza cinsinə aid olan RNT tərkibli yüksək mutagen virusdur. Quşlar arasında bu xəstəliyə ilin bütün fəsillərində təsadüf edilsə də, xəstəliyin geniş yayılması mövsümi xarakter daşımaqla quşların miqrasiyası ilə bağlı olur. Qeyd edək ki, dünya üzrə köçəri quşların mövcud olan 8 miqrasiya marşrutundan 2-si Azərbaycan ərazisindən keçir. Nəzərə almaq lazımdır ki, xəstəliyin yayılmasında əsas risk zonaları köçəri quşların miqrasiya marşrutu boyunca yerləşən ərazilər hesab edilir. Xəzər dənizi və çaylar boyunca yerləşən ərazilərdə ev quşlarının virusa yoluxma ehtimalı daha yüksəkdir. Hətta köçəri quşların çox az olduğu ərazilərdə bu xəstəliyə yoluxma ehtimalı böyükdür.
Sənəd layihəsində quş qripi xəstəliyinin yayılma mənbələri, o cümlədən köçəri quşların uçuş marşrutları, xəstəliyin xüsusiyyətləri, quş qripi virusuna məruzqalma, YPQQ və APQQ-yə qarşı mübarizə tədbirləri, həmçinin peyvəndləmə strategiyası barədə məlumatlar öz əksini tapıb.
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır