Bu sabun gözəl dərinin sirridir və eyni zamanda saçlar üçün əsl sağlamlıq mənbəyidir. Demək olar ki, hər evdə olan bu möcüzəvi sabunu mütləq sınayın. Daimi istifadə ilə dəri üzərində inanılmaz təsirinin şahidi olacaqsınız.

 Foodinfo.az-ın məlumatına görə, zeytunlu sabunun dərimiz üçün bir çox faydası var. Onun tərkibində zərərli kimyəvi maddələr yoxdur. Təbii və saf sabundur. Zeytunyağlı sabun dəridəki ölmüş dərilıri təmizləyir və dərinin təbii yağ balansını qoruyur. 

Həmçinin dərini nəmləndirir və dərini yumşaltmaqla quruluğun qarşısını alır. 

Antioksidantlarla zəngin zeytunyağlı sabun həm də erkən qocalma əlamətlərini minimuma endirir.

Təbii antiseptik xüsusiyyətlərə malik olan bu sabun, xüsusilə sızanaq və iltihablı dərilər üçün mükəmməldir. 

Bundan əlavə, tərkibindəki xüsusiyyətlərə görə dəri rəngindəki bərabərsizlikləri aradan qaldıraraq dəri tonunu bərabərləşdirir. 

Sızanaqsız, hamar və qüsursuz dəri üçün mütləq zeytunyağlı sabundan istifadə edin.