Fərdi tədris və repetitor xidmətləri göstərilərkən onlayn tədris prosesinə üstünlük verilməlidir. Foodinfo.az xəbər verir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir. Sənədə əsasən, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunması zəruridir (bir metrdən az olmamaq şərti ilə). Dərs vəsaitləri ortaq istifadə edilməməlidir. Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.