Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələri istisna olmaqla, iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırıb. Foodinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Rusiya bu addımı taxılın qiymətini stabilləşdirmək, ölkənin daxili tələbatını təmin etmək üçün atdığını açıqlayıb.