Məlum olduğu kimi, bu gündən etibarən müqəddəs Ramazan ayı başlayır. Foodinfo.az xəbər verir ki, Ramazan ayı boyunca oruc tutan insanların diqqət etməli olduğu mühüm məsləhətlər var. Belə ki, oruc tutan şəxslər imsak vaxtı nisbətən yüngül qidalara üstünlük verməlidirlər. Bundan başqa, bədənin su ehtiyacını təmin etmək üçün iftar və imsak arasında 2-2,5 litr su qəbul etmək lazımdır. İftara yüngül və az yağlı qidalarla başlamaq və aramla yemək məsləhətdir. Yeməkləri az porsiyalar şəklində yeməlisiniz. Şirniyyat, qızardılmış və xəmirdən hazırlanmış təamlardan çəkinin. Mümkün olduqca südlü məhsullara üstünlük verin. İftar və imsak arasında meyvə yeyə bilərsiniz. Həftədə ən az 3 dəfə davamlı olaraq yüngül şəkildə idmanla məşğul olmalısınız. Ramazan menyusunu hazırlayarkən süfrəyə hər qida növündən bərabər şəkildə qoymaq lazımdır. (“Qafqazinfo”)